“Azərbaycan Rəqs Kuboku” müsabiqəsinin qalibləri bəlli oldu! - FOTO

"Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Assosiasiyası"nın birgə təşkil etdiyi "Azərbaycan Rəqs Kuboku" müsabiqəsi Azərbaycan Teatr Xadimləri Tamaşa zalında baş tutub.

“Azərbaycan Rəqs Kuboku” müsabiqəsinin qalibləri bəlli oldu! - FOTO
"Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Assosiasiyası"nın birgə təşkil etdiyi "Azərbaycan Rəqs Kuboku" müsabiqəsi Azərbaycan Teatr Xadimləri Tamaşa zalında baş tutub.

Müsabiqəyə Bakı şəhərinin rəqs məktəblərindən, mədəniyyət evlərindən, respublikamızın regionlarından 50-ə yaxın rəqs kollektivi olmaqla 1189 iştitrakçı qatılıb.

Azərbayaycan Rəqs kuboku müsabiqəsində iştirakçılar müxtəlif yaş qruplarına bölünərək Folklor Etnik, Folklor Stilizasiya, Folklor Show, Dünya Xalqları Rəqsi, Hip-hop Show, Akrobatik rəqs, Showdance, Bollywood, Belly dance, Klassik Hind rəqsi, Cheer Dance, Klassik rəqs növləri üzrə 3 hissədən ibarət olmaqla solo, duet, kiçik və böyük qruplar, ansambl və böyük ansambl formasında çıxış ediblər.

Qaliblər münsif heyətinin- Ülviyyə Həsənova, Rimma Məmmədova, Fərhad Əliyev, Natəvan Əliyeva və Fərid İbrahimovun peşəkar dəyərləndirməsi nəticəsində müəyyən edilib.

Müsabiqənin qaliblərinin mükafatları "Azərbaycan Gənclər İttifaqı"nın sədri Zakir Əliyev tərəfindən təqdim olunub.

Azərbaycan Rəqs Assosasiasiyasının prezidenti Əziz Əzizov bildirmişdir: "Müsabiqənin məqsədi müasir folklor üzərində qurulmuş ən yaxşı rəqs performansını seçilməsi, səhnə mədəniyyətinin formalaşdırılması, gənclərin istedadlarının və potensiallarının üzə çıxmasına şərait yaratmaqdır". Eyni zamanda, o əlavə etib ki, 13-14 yanvar Ümid İncəsənət müsabiqəsi, 27-28 yanvar isə Gəncədə Kəpəz Rəqs Kuboku baş tutacaq.

Bütün iştirakçılar və rəqs kollektivləri iştiraklarına və layiqincə rəqs sənətini təmsil edib yaşatdığına görə təşəkkürnamə ilə təltif olunub.

"İnci Mədəniyyət Evi" və "Cahid Rəqs Ansamblı" isə öz performansları ilə xüsusilə fərqlənib.