Azərbaycan seçicilərində yüksək nizam-intizam var - Aleksandr Yuşenko

Azərbaycan seçiciləri yüksək nizam-intizamlıdır.

Azərbaycan seçicilərində yüksək nizam-intizam var - Aleksandr Yuşenko
Azərbaycan seçiciləri yüksək nizam-intizamlıdır.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı Aleksandr Yuşenko Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.