Azərbaycan-Türkiyə birgə taktiki təliminə hazırlıq məşqləri keçirilir - VİDEO
Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliyyətləri məşq etdirilir.
meqale.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan Quru Qoşunlarının, həmçinin, Raket və Artilleriya Qoşunlarının bölmələri atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.