Azərbaycan-Türkiyə III Enerji Forumunda mühüm sənədlər imzalanıb
Azərbaycan-Türkiyə III Enerji Forumunun Protokolu imzalanıb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, sənədləri Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıb.
Bundan başqa Naxçıvan üzərindən "Türkiyə-Azərbaycan Qarşlıqlı Əlaqə" (Enterkonneksiyon) layihəsinin icrası ilə əlaqədar 2023-2025-ci illərdə "TEİAŞ" və "Azərenerji" ASC-nin birgə həyata keçirəcəyi Yol Xəritəsi imzalanıb.
Sənədləri "Azərenerji" ASC-nin prezidenti Vüqar Şahmuradov və TEİAŞ-ın baş direktoru Orhan Kaldırım imzalayıb.