Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü üçtərəfli formatda davam edir - YENİLƏNİB - FOTO
17:59
Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın görüşü Almaniya XİN rəhbəri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam edir.
meqale.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
-------- 13:45 Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb.
meqale.com xəbər verir ki, görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş"in müzakirəsi istiqamətində keçirilir.
--------
11:04
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək.
meqale.com Trend-ə istinadən bildirir ki, görüş almaniyanın paytaxtı Berlində baş tutacaq.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.
Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramovun Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.