"Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir"

Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, eləcə də Cənub Qaz Dəhlizi bu baxımdan strateji layihələr hesab edilir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidə 4-cü İpək Yolu Beynəlxalq Forumundakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropaya birbaşa nəql edilməsinə imkan yaradıb. Ötən ilin iyul ayında Azərbaycan ilə Avropa Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb və sənədə əsasən, 2027-ci ilə qədər Azərbaycandan təbii qazın təchizat həcmi iki dəfə artırılacaq.