Azərbaycan və Özbəkistan arasında yeni "Yol Xəritəsi" imzalandı

Azərbaycan və Özbəkistan arasında yeni "Yol Xəritəsi" imzalanıb.

Azərbaycan və Özbəkistan arasında yeni
Azərbaycan və Özbəkistan arasında yeni "Yol Xəritəsi" imzalanıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində paylaşım edib.

"Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov ilə 2023-2025-ci illər üzrə enerji əməkdaşlığımızın inkişafının yeni "Yol Xəritəsi"ni imzaladıq. Perspektivdə çoxsaylı enerji layihələri var, enerji tərəfdaşlığımız münasibətlərimizi daha da möhkəmləndirəcək", - nazir bildirib.

Qeyd edək ki, bu gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə gəlir. Səfər çərçivəsində bir çox müzakirələrin aparılması, rəsmi mərasimlərin keçirilməsi gözlənilir.

meqale.com