Azərbaycan vətəndaşlarının Türkiyədə aldıqları daşınmaz əmlakın sayı azalıb

2023-ci ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 395 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə min 307 obyekt azdır.

meqale.com xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından bildirilib.

Məlumata görə, bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 59 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin iyun ayı ilə müqayisədə 72 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyədə 83 min 636 mənzil satın alınıb ki, bu da 2022-ci ilin iyun ayı ilə müqayisədə 44,4 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyədə 565 min 779 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22,1 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin iyun ayında Türkiyədə xarici vətəndaşlara 2 min 625 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 69,6 faiz azdır.

Eyni ilin yanvar-iyun aylarında əcnəbi vətəndaşlar Türkiyədən 19 min 275 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 45,5 faiz azdır.