Azərbaycana bahar gəlir

Cari ildə yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq.

Azərbaycana bahar gəlir
Cari ildə yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq.

Şamaxı Astrofizika Rəsədxanasından meqale.com-a bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimalyarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq.