Azərbaycana səfir təyinatı niyə gecikir? - ABŞ-dən açıqlama

Mark Libbi ABŞ-ın Azərbaycandakı səfiri olmaq üçün kifayət qədər layiqli namizəddir.

Azərbaycana səfir təyinatı niyə gecikir? - ABŞ-dən açıqlama
Mark Libbi ABŞ-ın Azərbaycandakı səfiri olmaq üçün kifayət qədər layiqli namizəddir.

meqale.com xəbər verir ki, bunu APA-nın ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

"Mark V. Libbinin namizədliyi hazırda Senatın səsverməsini gözləyir. Cənab Libbinin 30 illik diplomatik təcrübəsi onu ABŞ-ın Azərbaycandakı səfiri olmaq üçün kifayət qədər layiqli namizəd edir və Dövlət Departamenti onun (namizədliyinin -red.) təsdiqini gözləyir. Biz Senatı cənab Libbini və Dövlət Departamentinin təyinatının təsdiqlənməsi gözlənilən digər namizədlərini təsdiq etməyə çağırırıq", - ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.