Azərbaycana sonsuz etimad - Zirvə görüşünün detalları

Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi ənənəvi hal alıb. Belə ki, Bakıda SPECA həftəsi keçirilir. Bu gün SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər.

Azərbaycana sonsuz etimad - Zirvə görüşünün detalları
Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi ənənəvi hal alıb. Belə ki, Bakıda SPECA həftəsi keçirilir. Bu gün SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər.

BMT tərəfindən1998-ci ildə yaradılmış SPECA Mərkəzi Asiya ölkələri ilə bağlı iqtisadi platformadır. Bu platformaya Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstan üzvdür. SPECA-nın məqsədi sözügedən ölkələrdə iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq etməkdir.

Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. Ölkə başçısının son iki il ərzində Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfəri də bunu deməyə əsas verir. "Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur" , - Prezident İlham Əliyev çıxışlarının birində deyib. 

Şərqdən Qərbə gedən yolların Azərbaycan ərazisindən keçməsi göstərir ki, Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Bizsiz bu region ölkələrinin Avropaya çıxışı demək olar mümkünsüzdür. Ölkəmizin yerləşdiyi mövqe ona əlverişli tranzit imkanları yaradır. Bu ilin 7 ayı ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi daha 50 faiz artıb.

Azərbaycan daima neft-qaz sahəsində layihələrin nümunəvi icrası sayəsində tərəfdaşlarının böyük hörmətini qazandığı üçün tədbirdə ölkəmizin təcrübəsi müzakirə olunacaq. Bakıda keçirilən "SPECA Günləri"nin sonunda həmçinin, qarşıdakı 25 il ərzində müxtəlif istiqamətlərdə gələcək əməkdaşlıq barədə sazişlərin imzalanacağı gözlənilir. Eləcə də, tərəflər məlumat mübadiləsinin və malların transsərhəd daşınmasının səmərəliliyini artırmaq məqsədilə təchizat zəncirləri sektorları və TBNM boyu müvafiq nəqliyyat növləri üzrə məlumatların uyğunluğunu təmin etmək məsələsinə toxunacaq.

Bu gün Prezident İlham Əliyev bu gün bir sıra təşkilatların Zirvə görüşlərinə fəxri və ya xüsusi qonaq qismində dəvət olunur. Eləcə də, Bakıda bir sıra mötəbər tədbirlər keçirilir. Bu tədbirlər deməyə əsas verir ki, Azərbaycan böyük coğrafiyada sabitləşdirici rol oynayır. Azərbaycan bir çox ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verir. Bu tədbir bir daha sübut edir ki, Azərbaycana etimad sonsuzdur.

İslam meqale.com