Azərbaycanda 100 min manata "Quran" satılır - FOTOlar
Azərbaycanda "Qurani-Kərim"in əlyazma kitabları satışa çıxarılıb.
meqale.com sfera.az-a istinadən xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat paylaşılıb. Məlumata əsasən, müqəddəs kitablar 1293-cü ildə Təbriz şəhərində dövrün məşhur xəttatı tərəfindən yazılıb. Kitablar Azərbaycan İncəsənət Muzeyinin ekspert rəyini alıb.
Əlyazmaların cildləri ceyran dərisindəndir. Kitablar 100 min manata təklif olunur. Lakin bunun son qiymət olmadığı qeyd edilib.
Əlyazma "Qurani-Kərim" kitabları hazırda Bakı şəhərindədir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun