Azərbaycanda 100 yeni elektrik avtobusu istifadəyə veriləcək

2022-ci illə müqayisədə 2023-cü ildə ölkəyə idxal olunan elektrik mühərrikli avtomobillərin sayı 6,3 dəfə, 2500 sm³-dən çox olmayan hibrid mühərrikli avtomobillərin idxalı isə 24,3 faiz artıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar" mövzusundakı konfransda deyib.

Onun sözlərinə görə, yaşı 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərinin sayındakı xüsusi çəkisi 2021-ci ildə 4,6 faiz idisə, 2023-cü ildə bu rəqəm 5,4 faizə yüksəlib.

"Bu il 100 yeni elektrik avtobusu istifadəyə veriləcək. Bundan başqa, piyada zolaqların genişləndirilməsi prosesi də hayata keçiriləcək", - deyə Anar Rzayev əlavə edib.