Azərbaycanda 19 yaşlı hamilə qadın dərmandan zəhərləndi

Sabirabadda qadın heyvanlara verilən dərmandan zəhərlənib.

Azərbaycanda 19 yaşlı hamilə qadın dərmandan zəhərləndi
Sabirabadda qadın heyvanlara verilən dərmandan zəhərlənib.

meqale.com report.az-a istinadən xəbər verir ki, hadisə Çöl Beşdəli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü A.Babayeva xəstəliklərin qarşısını almaq məqsədi ilə mal-qaraya dərman verilərkən zəhərlənib.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

A.Babayevanın üçaylıq hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.