Azərbaycanda 27 yaşlı polis faciəli şəkildə həlak oldu
Gədəbəydə polis əməkdaşı yol qəzasında həlak olub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 17 radələrində qeydə alınıb.
Xidmət vaxtı "Niva" markalı avtomobillə hərəkətdə olan 27 yaşlı polis nəfəri Cahan Orucov qəza keçirib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisə nəticəsində sürücü C.Orucov həlak olub.