Azərbaycanda 3 nəfəri cərəyan vurub öldürdü - YENİLƏNİB

11:21

Azərbaycanda 3 nəfəri cərəyan vurub öldürdü - YENİLƏNİB
11:21

Naftalanda yerləşən sanatoriyada bədbəxt hadisəsi baş verib.

meqale.com xəbər verir ki, "Möcüzəvi Naftalan" sanatoriyasında çalışan Goranboy rayon Tatarlı kənd sakini 1988-ci il təvəllüdlü Abbas Hüseynovu cərəyanı vurub. O, hadisə yerində vəfat edib.

Oxşar hadisə Ağdaş rayonunda da baş verib. 2014-cü il təvəllüdlü Yaqub Hacıyev yaşadığı Ağdaş şəhərindəki evin həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bundan başqa dünən saat 13 radələrində Qusarın Aşağı Ləgər kənd sakini 1992-ci il təvəllüdlü Hacıverdi Səfərov həmkəndlisinə məxsus evdə təmir işləri görərkən elektrik cərəyanı vurmasından vəfat edib.

Hər üç faktla bağlı araşdırma aparılır.

10:17

Ağdaşda bədbəxt hadisə baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, Ağdaş rayon sakini 2014-cü il təvəllüdlü Yaqub Hacıyev yaşadığı Ağdaş şəhərindəki evin həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.