Azərbaycanda ağır qəza: ölənlər və yaralananlar var - FOTOLAR

Qax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Azərbaycanda ağır qəza:  ölənlər və yaralananlar var - FOTOLAR
Qax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.