Azərbaycanda ana keysəriyyə əməliyyatından sonra öldü - YENİLƏNİB

10:58 Baş Prokurorluq İsmayıllıda ana ölümü ilə bağlı məılumat yayıb.

Azərbaycanda ana keysəriyyə əməliyyatından sonra öldü - YENİLƏNİB
10:58 Baş Prokurorluq İsmayıllıda ana ölümü ilə bağlı məılumat yayıb.

Qurumdan meqale.com-a bildirilib ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə keysəriyyə əməliyyatı olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

---------- 09:38 İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

meqale.com oxuya istinadən xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, Şuşa sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədova doğum zamanı vəfat edib.