Azərbaycanda ana və 2 uşağının evdən meyitləri tapıldı
Masallıda 3 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
meqale.com APA-ya istinadən bildirir ki, martın 11-də Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı qeyd olunan evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.