Azərbaycanda baş verən zəlzələ ilə bağlı mətbuat konfransı keçirilir
Respublika Seysmoloji Xidməti Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransı keçirir.
meqale.com Trend-ə istinadən bildirir ki, konfrans Xəzər dənizində baş vermiş zəlzələ ilə bağlıdır.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.