Azərbaycanda bu qanunlar ləğv ediləcək

Yeni Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə üç qanun ləğv ediləcək.

Azərbaycanda bu qanunlar ləğv ediləcək
Yeni Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə üç qanun ləğv ediləcək.

meqale.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Rəqabət Məcəlləsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

O bildirib ki, Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsinin qüvvəyə minməsi ilə "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız Rəqabət haqqında" və "Təbii inhisarlar haqqında" qanunlar ləğv olunacaq.