Azərbaycanda bu şəxslər evlə təmin olunacaq - RƏSMİ
"Qarabağ Universitetində çalışacaq müəllim və işçi heyəti yaşayış yeri ilə təmin ediləcək".
meqale.com Sfera.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almış, həmin müəssisələrdə akademik fəaliyyətlə məşğul olan azərbaycanlı ziyalıların bu universitetdə tədris prosesinə cəlbi nəzərdə tutulur.