Azərbaycanda çay qırağından video yayıldı, işə polis qarışdı - Şərəf və ləyaqətini alçaldıb...

Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz tədbirlərlə cinayətkar qrup halında rayon sakini Qərib Əhmədovu (ad şərtidir) yaşayış yerindən kənara çay qırağına aparıb güc tətbiq edərək, qollarını bağlayıb küt və kəsici alətlərlə xəsarətlər yetirməklə, şərəf və ləyaqətini alçaldıb video çəkilişini apararaq ağır cinayət törətmiş şəxslər saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən meqale.com-a verilən məlumata görə, cinayəti törətmiş rayon sakinləri Niftəliyev Elmar Hüseyn oğlu və Seyidov Mirhüseyn Mirəziz oğlunun üzərlərindən odlu silah, küt alət, bıçaq və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.