Azərbaycanda DƏHŞƏT: 18 yaşlı gənc 40 yaşlı kişini güllələdi

Oktyabrın 29-da 1983-cü il təvəllüdlü Burhan Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Azərbaycanda DƏHŞƏT: 18 yaşlı gənc 40 yaşlı kişini güllələdi
Oktyabrın 29-da 1983-cü il təvəllüdlü Burhan Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon prokurorluğundan meqale.com-a verilən xəbərə görə, araşdırma zamanı 2005-ci il təvəllüdlü Pərviz Əhmədovun rayonun Pəlikəş kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Burhan Vahabovu odlu silahdan bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Pərviz Əhmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.