Azərbaycanda dinlərə olan bu münasibət dünyanın heç bir yerində yoxdur - Sahibkar Elxan Peysaxov

Azərbaycanda bütün dinlərə çox yaxşı münasibət var - bu, dünyanın heç bir yerində yoxdur.

Azərbaycanda dinlərə olan bu münasibət dünyanın heç bir yerində yoxdur - Sahibkar Elxan Peysaxov
Azərbaycanda bütün dinlərə çox yaxşı münasibət var - bu, dünyanın heç bir yerində yoxdur.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə "Xozyayuşka" mağazalar şəbəkəsinin sahibi Elxan Peysaxov ABŞ dövlət katibi Antoni Blinkenin bir sıra ölkələrin, o cümlədən Azərbaycanın dini etiqad azadlığı ilə əlaqədar olaraq, "xüsusi müşahidə siyahısı"na daxil edilməsi barədə bəyanatını şərh edərkən deyib.

"Düzü, mən ABŞ-nin bu cür açıqlama verməsinə təəccüblənirəm. Aydındır ki, bu qərar erməni lobbisinin təsiri ilə qəbul olunub. Mən Bakıda doğulmuşam və heç vaxt dini və ya milli mənsubiyyət zəminində problemlə üzləşməmişəm. Həmişə David Ulduzunu üzərimdə gəzdirirəm və xaricdən gələn qonaqlarım həmişə təəccüblə onu necə açıq şəkildə gəzdirdiyimi soruşurlar. Onlara cavab verirəm ki, Bakıda bununla bağlı heç bir problem yaranmır, xaricə gedəndə isə heç kimin görməməsi üçün onu həmişə çıxarıram. Fəxr edirəm ki, mən yəhudiyəm və Azərbaycanda yaşayıram. Mən burada sərbəst yaşayıram. Mənim şəhərin mərkəzində mağazam var. Bakının düz mərkəzində yəhudi sinaqoqundan sağda Avropa sinaqoqu, solda isə dağ yəhudilərinin sinaqoqu yerləşir. Bu, dünyanın heç bir yerində yoxdur. Azərbaycanda bütün dinlərə qarşı çox yaxşı münasibət var. Biz burada bütün yəhudi bayramlarını keçiririk. Azərbaycanlılar da bayramlara qoşulur, bu da çox xoşdur", - deyə o, qeyd edib.

E.Peysaxovun sözlərinə görə, Azərbaycanda yəhudilərin öz dinlərinin bütün kanonlarına görə yaşaması üçün heç bir maneə yoxdur.