Azərbaycanda heç kəs hərbi xidmətdən yayınmaq istəmir – Deputat
Bu gün Azərbaycan Ordusunda elə hal var ki, heç kəs hərbi xidmətdən yayınmaq istəmir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsinə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, əvvəllər bunu edənlər də artıq hərbi xidmətə getmək üçün müraciət edir.