Azərbaycanda intihar halları çox aşağı səviyyədədir - Bəxtiyar Əliyev
Cəmiyyət Materials 22 Yanvar 2024 10:45 (UTC +04:00)[Azərbaycanda intihar halları çox aşağı səviyyədədir - Bəxtiyar Əliyev]
Beynəlxalq təşkilatların verdiyi məlumatlara əsasən, Avropa ölkələri ilə müqayisədə, Azərbaycan intihar halları ilə bağlı göstəriciyə görə ən aşağıdadır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.
"İntihar halları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən əhatəli araşdırma aparılır. Müvafiq qurumlarla biz bu faktlarla bağlı məsələləri müzakirə edirik. Tək-tək baş verən hadisələrlə bağlı halları ümumiləşdirmək məqsədəuyğun deyil" - deyə sədr əlavə edib.
B.Əliyev bildirib ki, intihar hallarında cinayət tərkibi varsa, cinayət təqibi həyata keçirilir.