Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər ləğv edilir.
meqale.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Nazirlər Kabinetinin "İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği"ndə dəyişiklik edilib.