Azərbaycanda minik və yük avtomobili toqquşdu: yaralananlar var - FOTO

Ağcabədidə yol qəzası baş verib.

Azərbaycanda minik və yük avtomobili toqquşdu: yaralananlar var - FOTO
Ağcabədidə yol qəzası baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobillə "QAZel" markalı yük maşını toqquşub.

Qəza zamanı hər iki avtomobildə olan sərnişinlər, 1979-cu il təvəllüdlü Quliyeva Yasəmən Məmməd qızı, 1998-ci il təvəllüdlü Ələsgərova Rəqsanə Natiq qızı, 1982-ci il təvəllüdlü Nayibov Kənan Əvəz oğlu və Nəcəfov Rəvan Gülşad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.