Azərbaycanda neçə işsiz var?

2024-cü il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5280,6 min nəfər olub.

Azərbaycanda neçə işsiz var?
2024-cü il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5280,6 min nəfər olub.

meqale.com Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, onlardan 4996,5 min nəfərini məşğul əhali təşkil edib.

Bu il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1749,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 893,1 min nəfər, qeyri-dövlət sektorunda isə 856,3 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 31,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1717,5 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,3 faizi emal sənayesində, 6,8 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.