Azərbaycanda ömürlük azadlıqdan məhrum olunanların sayı azalıb
Azərbaycanda ömürlük azadlıqdan məhrum olunanların sayı açıqlanıb.
meqale.com xəbər verir ki, açıqlanan rəsmi məlumatlara görə, bu ilin ilk yarısında Azərbaycanda ömürlük azadlıqdan məhrum edilən 2 nəfər olub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə onların sayı 1 nəfər azalıb.
Son 5 ildə Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayı aşağıdakı kimi olub:
2020-ci ilin ilk yarısı - 3 nəfər 2021-ci ilin ilk yarısı - 4 nəfər 2022-ci ilin ilk yarısı - 2 nəfər 2023-cü ilin ilk yarısı - 3 nəfər 2024-cü ilin ilk yarısı - 2 nəfər/Yeniavaz.com