Azərbaycanda özəl klinikada antibiotik vurulan şəxs öldü

Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib.

Azərbaycanda özəl klinikada antibiotik vurulan şəxs öldü
Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı "Doktor AZ" klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.

Klinikadan faktı APA-ya təsdiqləyiblər. Bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb.

Prokurorluq Sumqayıtda özəl klinikada antibiotik vurulan şəxsin ölümü faktını araşdırır.