Azərbaycanda Prezident seçkiləri ədalətli şəkildə keçdi - İraq parlamentinin üzvü

Azərbaycanda Prezident seçkiləri ədalətli şəkildə keçdi.

Azərbaycanda Prezident seçkiləri ədalətli şəkildə keçdi - İraq parlamentinin üzvü
Azərbaycanda Prezident seçkiləri ədalətli şəkildə keçdi.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransı zamanı İraq parlamentinin nümayəndəsi Həmid Al Zamili deyib.

"Seçkilərlə əlaqədar Azərbaycan xalqını təbrik edirik. Bir neçə məntəqədə olduq, müşahidələr apardıq. Seçkilər şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun şəkildə keçirildi", - deyə o bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.