Azərbaycanda prezident seçkiləri tam şəffaf keçirildi - Afif Demirkan

Azərbaycanda növbədənkənar Prezident seçkiləri beynəlxalq müşahidəçilərin iştirakı ilə tamamilə şəffaf keçirilib.

Azərbaycanda prezident seçkiləri tam şəffaf keçirildi - Afif Demirkan
Azərbaycanda növbədənkənar Prezident seçkiləri beynəlxalq müşahidəçilərin iştirakı ilə tamamilə şəffaf keçirilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini, beynəlxalq müşahidəçi Afif Dəmirkan Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilərin iştirakı, o cümlədən səsvermə prosesinin şəffaflığı və aşkarlığı, seçkilərdən əvvəl qutuların yoxlanılması, bütün seçki məntəqələrinə baş çəkilməsi və KİV-in fəal iştirakı seçkilərin qanuni və ədalətli keçirildiyini təsdiqləyir. .

"Hər şey yaxşı başladı, biz seçki qutularının boş olmasına əmin olduq və hər şey qaydasında getdi. Yeddi seçki məntəqəsində olduq və gördük ki, bütün seçicilər sakit və pozitivdirlər", - o vurğulayıb.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.