Azərbaycanda şagirdlər arasında virus YAYILDI - YENİLƏNİB
Mingəçevirdə hepatit A virusuna yoluxan beş nəfər uşaq Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.
meqale.com xəbər verir ki, bu barədə oxuya Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma faktının aşkarlanması barədə açıqlama verib.
Beş nəfər uşaq hepatit A virusuna yoluxub:
"Bir nəfər 8 nömrəli məktəbin, iki nəfər texniki-humanitar liseyin şagirdi, iki nəfər isə məcburi köçkün məktəbinin şagirdləridir. Onlar 7, 9 və 10-cu sinif şagirdləridir".
-------- 17:13 Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma aşkarlanıb.
meqale.com "Unikal"a istinadən xəbər verir ki, son bir həftə ərzində şəhərin əsasən "Tərəvəzçilik" yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.
Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun