Azərbaycanda saxta domenlərin sayı açıqlandı

Bu ilin birinci yarısında Azərbaycanın 52 dövlət qurumunun domeninə analoq olan saxta domenlər aşkarlanıb.

Azərbaycanda saxta domenlərin sayı açıqlandı
Bu ilin birinci yarısında Azərbaycanın 52 dövlət qurumunun domeninə analoq olan saxta domenlər aşkarlanıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda keçirilən Dövlət qurumlarının İT rəhbərlərinin 2-ci sammitində deyib.

"Bu domenlər xüsusi kiberkəşfiyyat vasitələri ilə qeydiyyat zamanı artıq aşkarlanıb. Müvafiq dövlət orqanları ilə bütün ölkədə onları bloklamışıq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, onların bloklanması həm də minlərlə kiberhücumların hazırlıq mərhələsində bloklanması deməkdir.

Xəbər yenilənəcək