Azərbaycanda seçki prosesi çox şəffaf və demokratik keçirildi - Braziliya nümayəndəsi

Azərbaycanda seçki prosesi çox şəffaf və demokratik keçirildi.

Azərbaycanda seçki prosesi çox şəffaf və demokratik keçirildi - Braziliya nümayəndəsi
Azərbaycanda seçki prosesi çox şəffaf və demokratik keçirildi.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Brazilya Parlamentinin nümayəndəsi Nelson Trad Filxo Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

"7 seçki məntəqəsində olduq və seçicilərin fəallığının şahidi olduq. Müşahidə zamanı seçicilərin çoxunun qadın olduğunu gördük, bu çox sevindirici haldır. Azərbaycan inkişaf edən ölkədir. Bu səbəbdən seçkilər çox yüksək səviyyədə keçirildi", - deyə o bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.