Azərbaycanda seçkilər mədəni, şəffaf və ədalətli keçdi - Mərmərə Vəqfinin rəhbəri
Azərbaycanda seçkilər mədəni, şəffaf və ədalətli keçdi.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Mərmərə Vəqfinin rəhbəri Akkan Suver Azərbaycanda keçirilən növnədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
"Ötən gün baş tutan seçkilərdə 42 ayrı məntəqəni ziyarət etdik. Xarici ölkəd, xüsusilə Avropa ölkələrində müşahidəçi qismində olmuşam. Azərbaycanda seçkilər mədəni, şəffaf və ədalətli keçdi. Xalqın böyük qismi səbirlə sıralarda gözləyərək, səsvermə hüququndan istifadə etdi. Qarabağ dastanından sonra Azərbaycan yeni bir demokratik dastan yaşadı. Seçim zamanı müşahidə etdiyimiz digər xoş nüans məntəqələrdə vətəndaşların gülərüzlə qarşılanması oldu.
Dünən baş tutan səsvermə yalnız Azərbaycan üçün yox, bölgə və Türk dünyası üçün önəmli bir hadisədir.
Şuşada, Qarabağda, Xankəndidə müşahidə edə bildiyimiz üçün Türk dünyası adından Prezident İlham Əliyevə təşəkkür edirik", - deyə o bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.