Azərbaycanda seçkilərin şəffaf, qaydalara uyğun keçdiyinin şahidi olduq - Mohammed El Hecira

Dünən Azərbaycanda həqiqətəndə demokratiya bayramı idi.

Azərbaycanda seçkilərin şəffaf, qaydalara uyğun keçdiyinin şahidi olduq - Mohammed El Hecira
Dünən Azərbaycanda həqiqətəndə demokratiya bayramı idi.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Mərakeş parlamentinin nümayəndəsi Mohammed El Hecira Azərbaycanda keçirilən növnədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

"Seçkilərin necə şəffaf, necə qaydalara uyğun keçdiyinin şahidi olduq. Seçki çox yüksək səviyyədə keçdi. Müşahidə apardığımız məntəqələrdə hər hansı ciddi pozuntu ilə rastlaşmadıq. Məntəqələrdə əməkdaşlar seçicilərə şərait yaratdı, öz iradə azadlığı ilə səs verməsi üçün hər şey təşkil edildi. Seçkilərin yüksək səviyyədə başa çatmasına görə Azərbaycan xalqını təbrik edirik", - deyə o bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.