Azərbaycanda "TIR" piyadanı vurub öldürdü
Ucarda "TIR" markalı yük avtomobili yolu keçmək istəyən şəxsi vurub. Piyada hadisə nəticəsində ölüb.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib. Yük avtomobili piyada, Ucar rayon sakini Tapdıq adlı şəxsi vurub.
Ağır xəsarət alan zərərçəkən hadisə yerində həyatını itirib.