Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı
Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir.
Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?
meqale.com xəbər verir ki, məsələ ilə bağlı pediatr Elşən Tağıyev lente açıqlamasında bildirib ki, hazırda uşaqlar arasında yayılan xəstəlik rozoela yox, "streptokokk A" infeksiyasıdır.
Onun sözlərinə görə, bu virus yüksək temperatur, səpkilər və boğaz ağrısı ilə özünü biruzə verir:
"Demək olar ki, hər gün bir uşağa bu xəstəliyin diaqnozunu qoyuruq. Bu "streptokokk A" infeksiyası özlüyündə təhlükəli infeksiya olmasa da, uzun müddətdən sonra ağırlaşa bilər. Ona görə də bu xəstəliyi vaxtında müalicə etmək lazımdır. Digər tərəfdən hazırda rotavirusların mövsümüdür. Bu virusun əlamətləri yüksək temperatur, ishal və qusmadır. Bu infeksiya azyaşlılar üçün daha təhlükəlidir".
Bəs, rozoela xəstəliyinin əlamətləri nələrdir?
Mövzu ilə bağlı pediatr Qoşqar İsmayılov saytımıza açıqlamasında bildirib ki, rozeola xüsusi virus tərəfindən törədilən kəskin virus uşaq infeksiyasıdır: