Azərbaycanda yanan məktəb binası ilə bağlı RƏSMİ AÇIQLAMA

Şəkidə məktəb binasında baş verən yanğın hadisəsi ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi açıqlama verib.

Azərbaycanda yanan məktəb binası ilə bağlı RƏSMİ AÇIQLAMA
Şəkidə məktəb binasında baş verən yanğın hadisəsi ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi açıqlama verib.

meqale.com bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə istifadəyə yararsız binanın ikinci mərtəbəsində baş verib.

Qeyd olunub ki, iyunun 19-da təxminən saat 23:10-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin həyətində yerləşən istifadəyə yararsız binanın ikinci mərtəbəsində yanğın hadisəsi baş verib:

"Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Yanğın ilə bağlı zərər çəkən olmayıb.

Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır".