Azərbaycanda yerli kibertəhlükəsizlik məhsulları hazırlanır
Azərbaycanda yerli kibertəhlükəsizlik məhsulları hazırlanır.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (ICSD 2023) deyib.
Onun sözlərinə görə, Azərbaycanda yerli mütəxəssislərin hazırlığı və kibertəhlükəsizliyin mədəniyyətə çevrilməsi üzrə işlər görülür.
Ş.Əliyev bildirib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təlim alan gənclərin dəstəyi ilə yerli məhsullar hazırlanır.