Azərbaycanda yük avtomobili çaya aşdı - ölən var

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Azərbaycanda yük avtomobili çaya aşdı - ölən var
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

meqale.com xəbər verir ki, fevralın 8-də saat 16 radələrində rayonun Qızılhacılı kənd sakini 1995-ci il təvəllüdlü Orucov Yusif Ənvər oğlu idarə etdiyi "KamAZ" yük markalı nəqliyyat vasitəsi ilə Goranboy-Ağcakənd avtomobil yolunun Yuxarı Ağcakənd qəsəbəsinin ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi çaya aşıb, Y.Orucov aldığı bədən xəsarətlərindən ölüb.