“AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ,Azərbaycan Radio və  Televiziya Verilişləri Qapalı Səhmidar Cəmiyyəti , Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq  Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi, Naxçıvan Rəssamlar Birliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 may - Respublika gününə həsr olunmuş "AZƏRBAYCANIM" Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı 24 may tarixində Xətai Rayon İcra Hakimiyyətinin qarşısında  öz işinə başlayacaq.

Şüar-Azərbaycan səni sevirəm!Mövzu-Mənim gözlərimlə Azərbaycan! olan festival Azərbaycan vətəndaşları və əcnəbilərin Azərbaycanı daha yaxından tanınmasına və sevməsınə xıdmət məqsədılə elan olunmuşdur!

Festival cərçivəsində elan olunmuş müsabiqəyə Azərbaycandan və bir çox xarici ölkələrdən,.o cümlədən, ABŞ, Belarus, İran, Türkiyə ,Qazağıstan, Rusiya, Çin,Peru, Hindistan və Miyanmar ölkələrindən olmaqla  2000-ə yaxın 8-21 yaş arası yeniyetmə və gənc qatılmışdır və ümumilikdə 13,14,15,16  may tarixlərində  keçirilən  sərgilərdə 900-ə yaxın əsər sərgiləndi və əsəri sərgilənən iştirakçılara sertfikat  təqdim olundu.

Əcnəbilər tərəfindən email poçta göndərilən əsərlər arasından seçilmiş əsərlər tərəfimizdən çap olunaraq çərçivədə olmaqla sərgiləndi, həmçinin, müəlliflərə diplom və sertifikatlar göndərildi.

Festivalin gündəliyi

10:00   Təntəli açılış 10:30   Musiqi səhnələri və festivala seçilmiş uşaqların performansı 13:20   Nahar fasiləsi  14:00   Rəssam  Akif Yarışovun ustad dərsi 17:00   Festival iştirakçılarına mükafatların təqdimatı və festivalın bağlanışı Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq I ,II,III yerlər,  həvəsləndirici mükafat ,diplom və hədiyyələrlə mükafatlandırılacaq.