Azərbaycanın artan nüfuzu: Bakı onlar üçün təhlükəsiz şəhərlərdən biridir - VİDEO

Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqda davam edir və ölkəmiz bir sıra mühüm qlobal təşəbbüslərlə iştirak edir. Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər beynəlxalq aləmdə daim böyük dəstək qazanır.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, Azərbaycan dünyada etibarlı tərəfdaş nüfuzu qazanıb.

"Beynəlxalq aləmdə Azərbaycana böyük etimad var, Bakı beynəlxalq tədbirlərin keçirilməsində ən təhlükəsiz şəhərlərdən biridir. Azərbaycan həyata keçirdiyi ciddi təhlükəsizlik tədbirləri nəticəsində ölkəmiz bu etimadı qazanıb", - deyə o, əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

meqale.com