Azərbaycanın diplomatik nümayəndəliklərinin saxlanılma xərcləri açıqlandı

2023-cü ildə Xarici ölkələrdə fəaliyyət göstərən 79 diplomatik nümayəndəlik və konsulluqların saxlanılması və digər xərcləri üçün 180,1 milyon manat xərclənib.

Azərbaycanın diplomatik nümayəndəliklərinin saxlanılma xərcləri açıqlandı
2023-cü ildə Xarici ölkələrdə fəaliyyət göstərən 79 diplomatik nümayəndəlik və konsulluqların saxlanılması və digər xərcləri üçün 180,1 milyon manat xərclənib.

meqale.com xəbər verir ki, bu, 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda əksini tapıb.

Qeyd edilib ki, beynəlxalq münasibətlər (o cümlədən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının səhm kapitalında iştirak, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər, beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı

digər xərclər), xarici yardımlar, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə 2023-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş 784,0 milyon manat vəsaitin 783,9 milyon manatı istifadə olunub. Belə ki:

- Xarici ölkələrdə fəaliyyət göstərən 79 diplomatik nümayəndəlik və konsulluqların saxlanılması və digər xərcləri üçün 180,1 milyon manat və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması (Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı, Rusiya Federasiyasındakı, Türkiyə Respublikasındakı, Birləşmiş Ərəb Əmirliklərindəki və Polşa Respublikasındakı Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndələrinin aparatları) üçün 3,6 milyon manat məbləğində vəsait yönəldilib.