Azərbaycanın İordaniyadakı səfiri geri çağırılaraq İraqa təyin olundu
Azərbaycanın İordaniyadakı səfiri geri çağırılıb.
meqale.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Eldar Nadir oğlu Səlimov Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Digər sərəncamla E.Səlimov Azərbaycanın İraqda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
meqale.com