Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər
Xaricdə yaşayan jurnalist Elbəyi Həsənlinin Naftalanla bağlı paylaşımı diqqət çəkib. O sosial şəbəkə hesabında yazıb ki, Çexiyanın məşhur kurort şəhəri Karlovı Varıda olarkən Azərbaycanın Naftalan kurortu ilə bağlı maraqlı məlumat eşidib.
Sitat: "Çexiyanın müalicəvi suları ilə dünyada məşhur olan kurort şəhəri Karlovı Varıda ailəliklə istirahət edirik. Bir salyanlı qardaşla burada ünsiyyətdə olduq. Dedi ki, yerli sakinlə söhbət edirdim, Azərbaycandan gəldiyimi eşidəndə heyrətləndi. Dedi ki, siz o boyda Naftalan müalicəvi neft yatağını qoyub, Karlovı Varıda nə gəzirsiniz? Bizim pulumuz olanda Naftalana gedirik... Çexin dediyi odur ki, ey azərbaycanlılar, ağlınız olsun, Naftalanın qədrini bilin. Orada-burda müalicə olunmağa can atmayın. Heç ağlı olan da Naftalanı qoyub, özünü dağa-daşa vurar..."
meqale.com xəbər verir ki, globalinfo.az-a danışan Elbəyi Həsənli deyib ki, hələ 1870-ci ildə məşhur səyyah Marko Polo Naftalanın müalicəvi əhəmiyyəti haqqında yazıb.
O, Naftalan neftinin Almaniyaya ixrac edilməsini xatırladıb:
"O da faktdır ki, XX əsrin əvvəllərində alman mühəndisləri Naftalan neftini çıxarmaq üçün quyu qazıb və həmin nefti Almaniyaya ixrac edib. Rus-Yapon müharibəsi dövründə yapon əsgərlərinin çantalarında içərisində Naftalan məlhəmi olan kiçik qablar olurdu. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: "Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın". Başqa bir faktı da xatırladım: 1989-cu ildə Xorvatiyanın İvaniç Qrad qəsəbəsində Naftalan Xüsusi Tibbi Reabilitasiya Xəstəxanası yaradılıb. Yəni Naftalan Avropada kifayət qədər populyardır. 2006-cı ildə "The New York Times", 2009-cu ildə isə "The Independent" Naftalana xüsusi məqalə həsr edib. O düşüncədəyəm ki, Azərbaycanda kurort salmaq üçün böyük imkanlar var".
E.Həsənli Naftalanın bütün dünyada tanınan yer olduğunu qeyd edib: