Azərbaycanın UEFA reytinqində mövqeyi açıqlandı

Avrokubokların qrup mərhələsinin IV turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Azərbaycanın UEFA reytinqində mövqeyi açıqlandı
Avrokubokların qrup mərhələsinin IV turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, "Qarabağ"ın Avropa Liqasında "Bayer"lə (Almaniya) oyunundan sonra Azərbaycanın mövqeyi dəyişməz qalıb.

Buna Ağdam təmsilçinin 0:1 hesablı məğlubiyyəti səbəb olub. Avropada yenə 29-cu olan Azərbaycanın hesabında 17,875 xal var.

Qarşılaşmalardan sonra "qonşularımız"ın siyahıdakı yerində dəyişiklik olub. Slovakiya 26-cı, Bolqarıstan 27-ci pilləyə yüksəlib. Əvəzində Rusiya 28-ci pilləyə enib. Azərbaycan onlardan 0,857 xal geri qalır.

Cədvələ 95,053 xalla İngiltərə başçılıq edir. İkinci yerdə İspaniya (82,114) qərarlaşdığı halda, İtaliya "üçlüy"ü (78,426) qapayır.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun